NATO:
    • 24-02-2023, 14:23
    • 169

NATO: "Çinin sülh modeli uğursuzdur"

NATO baş katibi Yens Stoltenberq Çinin Ukraynadakı sülhlə bağlı modelini uğursuz hesab edir.

News24.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Baş katib bidirib ki, NATO-nun Çinə etibarı yoxdur: “Çünki Çin Rusiyanın Ukraynada apardığı müharibəni pisləməyib”.

Xatırladaq ki, rəsmi Pekin Ukrayna ilə bağlı sülh modeli təqdim edib.