“Təhminə” illər sonra Azərbaycan filminə çəkildi
    • 24-02-2023, 17:25
    • 272

“Təhminə” illər sonra Azərbaycan filminə çəkildi

“Təhminə” obrazı ilə ikonaya çevirilən türk aktrisa Meral Konrat 30 ildən sonra yenidən Azərbaycan filmində rol alıb.

News24.az xəbər verir ki, “Elçilik” adlanan ekran işi komediya janrındadır.

Layihədə müğənni Xatun, aparıcılar Elgiz Əkbər, Pərvanə Tahirqızı, aktyorlar Niftulla Əsgərov, Teymur Məmmədov və Firuzə Balayeva da rol alıb.

Qeyd edək ki, film martda nümayiş etdiriləcək. Ekran işinin baş prodüseri Toğrul Hüseynli, quruluşçu rejissoru İlham Yaşaroğlu, ssenari müəllifi isə Əcəmi Əsədulladır.//olay.az