Kanada Ukraynaya daha dörd “Leopard 2” tankı verəcək
    • 25-02-2023, 00:57
    • 208

Kanada Ukraynaya daha dörd “Leopard 2” tankı verəcək

Kanada Ukraynaya daha dörd “Leopard 2” tankının təhvil verildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə məlumat Kanadanın Baş naziri Castin Trüdonun bəyanatında öz əksini tapıb.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Kanadadan daha 4 “Leopard 2” tankı alacaq.

“Həmçinin Kanada Ukraynaya bir zirehli xilasetmə maşını və beş min sursat təhvil verəcək”, - məlumatda bildirilib.

Beləliklə, Ukrayna Kanadadan 8 ədəd “Leopard 2” tankı alacaq.