İran F-18 qırıcısını vurduğunu açıqladı, ABŞ təkzib etdi

İran F-18 qırıcısını vurduğunu açıqladı, ABŞ təkzib etdi Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni HHM sistemi ilə ABŞ-yə məxsus F-18 qırıcısını vurduğunu bildirib.

News24.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı təkzib edib.

"ABŞ Silahlı Qüvvələrinə məxsus F-18 qırıcısının İran üzərində vurulması barədə xəbər yalandır. Doğru olan heç bir ABŞ qırıcısının İran tərəfindən vurulmamasıdır", – məlumatda deyilir. (TASS)