10 milyon dollarlıq toy: Trampın keçmiş vəkili türkiyəli milyarderlə evləndi

10 milyon dollarlıq toy: Trampın keçmiş vəkili türkiyəli milyarderlə evləndi Dünya

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili, 42 yaşlı Alina Habba 29 yaşlı türkiyəli milyarder Turhan Mildonla ailə həyatı qurub.

Cütlüyün toyu Nyu-Yorkdakı “Waldorf Astoria” hotelinin bal zalında keçirilib.

Məkan çəhrayı və ağ rəngli çiçək açmış sakura ağacları və yüzlərlə qırmızı qızılgüllə bəzədilib.

Toyda Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel, federal prokuror Todd Blanş, məşhur boksçu Mayk Tayson, prezidentin xüsusi köməkçisi və kommunikasiya üzrə müşaviri Marqo Martin, eləcə də digər tanınmış şəxslər iştirak ediblər.

Hotelin icarəsi və dekorasiyası cütlüyə qonaqlar üçün otaqların və digər xərclərin nəzərə alınmaması ilə təxminən 1 milyon dollara başa gəlib.

Toya çəkilən ümumi xərcin 10 milyon dolları ötə biləcəyi iddia edilir.

Qeyd edək ki, Alina Habba 2021–2025-ci illərdə Donald Trampın hüquqi nümayəndəsi olub. Tramp ABŞ prezidenti seçildikdən sonra Habba əvvəlcə prezidentin müşaviri vəzifəsini tutub, daha sonra Nyu-Cersi dairəsi üzrə ABŞ prokurorunun səlahiyyətlərini icra edib.

2025-ci ilin sonunda Habba istefa verib.

Hazırda isə o, ABŞ baş prokurorunun baş müşaviri vəzifəsində çalışır.

10 milyon dollarlıq toy: Trampın keçmiş vəkili türkiyəli milyarderlə evləndi 10 milyon dollarlıq toy: Trampın keçmiş vəkili türkiyəli milyarderlə evləndi 10 milyon dollarlıq toy: Trampın keçmiş vəkili türkiyəli milyarderlə evləndi 10 milyon dollarlıq toy: Trampın keçmiş vəkili türkiyəli milyarderlə evləndi