11 yaşlı uşaq ziyarətə gedən 8 nəfəri maşınla vurdu

11 yaşlı uşaq ziyarətə gedən 8 nəfəri maşınla vurdu Dünya

Tailandın şimal-şərqində (Mukdahan əyaləti) yol kənarı ilə piyada ziyarətə gedən buddist rahibləri avtomobil vurub.

News24.az xəbər verir ki, hadisə nəticəsində 8 rahib dünyasını dəyişib, 13-ü isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sükan arxasında maşını icazəsiz idarə edən 11 yaşlı oğlan uşağı olub.

Lakin polis sürücünün yaşını hələlik təsdiqləməyib.