110 nəfərin olduğu qayıq batdı - Ölənlər var
Dünya
Liviya sahillərində Zaviyə şəhəri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya xilasetmə xidməti məlumat yayıb.
Hadisə nəticəsində 18 nəfər həlak olub. Onlardan 4-ü Misir, 2-si isə Somali vətəndaşıdır.
Məlumata görə, xilasedicilər qayığın göyərtəsində olan 92 nəfəri xilas edə biliblər. Güclü fırtına axtarış-xilasetmə əməliyyatını çətinləşdirir.