14 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən polisə ömürlük həbs cəzası - Bu ölkədə

14 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən polisə ömürlük həbs cəzası - Bu ölkədə Dünya

ABŞ-nin İndiana ştatından olan keçmiş polis əməkdaşı 14 yaşlı qıza qarşı cinsi təcavüz törətdiyinə görə məhkum edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Kokomo Polis İdarəsində çalışan 33 yaşlı Sinmi Asomuyde zərərçəkmişlə ilk dəfə qız evdən qaçdıqda qarşılaşıb.

Yeniyetmənin müstəntiqlərə verdiyi ifadəyə görə, polis onu gənclər mərkəzinə aparmaq üçün maşına əyləşdirib, lakin mərkəzə getmək əvəzinə dayanacaqların birində saxlayaraq ona uyğunsuz suallar verib.

Daha sonra polis qızı izləməyə başlayıb. O, növbəti qarşılaşmada qızın biləyinə qandal vuraraq güclə patrul maşınına mindirib və kimsəsiz bir dayanacağa apararaq ona təcavüz edib.

Məhkəmə beş günlük prosesindən sonra ittiham hökmü çıxarıb.

Asomuyde adam oğurluğu və 16 yaşına çatmayan şəxsə qarşı zorakı cinsi əlaqədə olmaq maddələri ilə təqsirli bilinib.

O, həmçinin baş verənləri inkar edərək polisə yalan söylədiyi üçün ifadələri saxtalaşdırmaqda da ittiham olunub.

İndi keçmiş polis əməkdaşını ömürlük həbs cəzası gözləyir.