15 il sonra yenidən bir layihədə – FOTOLAR
Dünya
"Möhtəşəm Yüzyıl" serialında “Sultan Süleyman” və “Hürrəm Sultan” obrazları ilə Türkiyə televiziya tarixində iz buraxan Halit Ergenç və Məryəm Üzerli 15 ildən sonra yenidən bir araya gəliblər.
News24.az xəbər verir ki, serialın unudulmaz ikilisi "İmrozda Bahar" film layihəsinin oxu məşqi üçün yenidən bir araya gələrək çəkilişlərə hazırlaşır.
Gökçeadanın sehrli atmosferində ssenari oxumaq üçün görüşən aktyor heyəti aprel ayında çəkilişlərə başlamağa hazırlaşır.
Layihə üçün hazırlıqlar başa çatıb və çəkilişlərə aprel ayında başlamaq planlaşdırılır. 15 ildən sonra baş tutacaq bu böyük görüşmənin bu il Türkiyə kinosunda ən çox danışılan layihələrdən biri olacağı gözlənilir. (Bizim.media)