17 yaşlı cütlüyün toyu DAVAYLA BİTDİ - SƏBƏB

17 yaşlı cütlüyün toyu DAVAYLA BİTDİ - SƏBƏB Dünya

Ailələrinin razılığı ilə Balıkəsirdə rəsmi nikahı olan 17 yaşlı gənclərin 3 gün 3 gecə davam etməsi planlaşdırılan toyu 3-cü gün polis idarəsində başa çatıb. 

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

Cütlük 19-21 oktyabr tarixləri arasında bəyin məmləkəti Balıkəsirdə Susurluk rayonunda 3 gün 3 gecə toy hazırlığına başlayıb. Bəy tərəfi bu prosesdə qızın atasına 250 min lirə pul verib. Oktyabrın 19-da Susurlukda ailələr bir araya gəlib. İddialara görə, toyun ikinci günü qızın ailəsi zinət mərasimindən sonra yaxınlarından birinin öldüyünü deyərək Konyaya qayıtmaq istəyib. Qız tərəfinin tələsik geri qayıtasından şübhələnən bəyin ailəsi gəlinin zinət əşyalarını qoyub Konyaya getməsini istəyib. Buna görə tərəflər arasında dava düşüb.

Polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.

Ülkər Abdurahmanlı