20-25 il iş stajı olanlara sevindirici xəbər - Kişilər və qadınlar...

20-25 il iş stajı olanlara sevindirici xəbər - Kişilər və qadınlar... Dünya

Rusiya Federasiyasında yeni fərman imzalanıb. 

News24.az xəbər verir ki, fərmana əsasən, uzunmüddətli əmək stajına malik pensiyaçılar üçün əlavə sosial və maliyyə dəstəyi tədbirləri mayın 12-dən qüvvəyə minib. 

Bu barədə pensiya məsələləri üzrə ekspert Sergey Vlasov məlumat verib. Onun sözlərinə görə, təşəbbüs digər regionlar üçün də nümunə ola bilər. Yeni qərar qadınlar üçün minimum 20 il, kişilər üçün isə 25 il iş stajı olan vətəndaşlara yönəlib. 

Əsas məqsəd — uzun illər çalışan, lakin təqaüd dövründə məhdud imkanlarla yaşayan vətəndaşların həyat şəraitini yaxşılaşdırmaqdır.

Qərara əsasən, bu kateqoriyaya aid olan pensiyaçılar "Əmək veteranı" statusu almaq hüququ qazanacaqlar. Statusun verilməsi prosesi sadələşdirilib və artıq əlavə sübutlar təqdim etməyə ehtiyac olmayacaq. 

Aqil