Estoniya yeni prezidentini seçdi
Dünya
Estoniya parlamenti – Riigikogu sentyabrın 2-də keçirilən səsvermənin ilk turunda ölkənin yeni prezidentini seçib. Ədliyyə kansleri Ülle Madise dövlət başçısı vəzifəsinə seçilib.
News24.az xəbər verir ki, gizli səsvermə zamanı onun namizədliyini 71 deputat dəstəkləyib. Prezident seçilməsi üçün 101 deputatdan ən azı 68-nin səsini almaq tələb olunurdu.
Hazırkı prezident Alar Karisin səlahiyyət müddəti sentyabrda başa çatır. O, iyun ayında ikinci müddətə namizəd olmayacağını açıqlamışdı.
Ülle Madise Estoniyanın növbəti prezidenti seçkilərində yeganə rəsmi namizəd olub.