20 illik hakimiyyətdən sonra Orban qərar verdi: seçkilərdə iştirak edəcək?

20 illik hakimiyyətdən sonra Orban qərar verdi: seçkilərdə iştirak edəcək? Dünya

Macarıstanın hakimiyyətdəki “Fides” partiyası öz konqresində uzun müddət baş nazirlik edən Viktor Orbanı aprel ayında keçiriləcək parlament seçkilərində Baş nazir postuna namizəd elan edib.

News24.az xəbər verir ki, Orban namizədlik üçün bütün partiya nümayəndələrinin birmənalı dəstəyini alıb.

Orban çıxışında bildirib ki, 20 illik baş nazirlikdən sonra da bu vəzifəni icra etməyə hazırdır.

Partiya həmçinin 106 seçki dairəsi üzrə namizədlərini də təsdiqləyib — siyahıya həm təcrübəli siyasətçilər, həm də yeni üzvlər daxil edilib.

Qeyd edək ki, seçkilər 12 aprel 2026-da keçiriləcək.