Top mərmisindən yaralanan 2 əsgər VƏFAT ETDİ - YENİLƏNİB
    • 11-10-2019, 13:49
    • 614

Top mərmisindən yaralanan 2 əsgər VƏFAT ETDİ - YENİLƏNİB

“Barış Pınarı Hərəkatı” zamanı terrorçuların atdığı top mərmisindən yaralanan 5 əsgərdən 2-si xəstəxanada vəfat edib. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3 yaralının müalicəsi xəstəxanada davam etdirilir. 

***11:40

“Barış Pınarı Hərəkatı”nın 3-cü günündə Türk Silahlı Qüvvələrinin 5 əsgəri yaralanıb.

News24.azTürkiyə KİV-nə istinadən xəbər verir ki, hərbçilərə hücum “Fırat Qalxanı Əməliyyatı” ilə azad edilən Suriyanın Hələb bölgəsində, Azez rayonu yaxınlığındakı Tel Rıfatdan edilib.

PKK / PYD terror təşkilatının nəzarətində olan ərazidən atılan top mərmiləri bazaya düşməsi nəticəsində 5 əsgər yaralanıb. Yaralı əsgərlər təcili yardımlarla Kilis xəstəxanasına yerləşdirilib.

Top mərmilərinin atıldığı bölgə Türkiyə hərbçiləri tərəfindən atəşə tutulub.