26 yaşlı futbolçu güllələndi - FOTO

26 yaşlı futbolçu güllələndi - FOTO Dünya

Meksikalı 26 yaşlı futbolçu Luis Alberto Rios Çaves güllələnərək öldürülüb.

News24.az xəbər verir ki, hadisə həvəskar komandaların matçından sonra baş verib.

Futbolçuya motosikletlə hərəkət edən silahlı şəxslər atəş açıblar.

Çaves aldığı yaralardan hadisə yerindəcə dünyasını dəyişib. Hücum nəticəsində daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb, cinayətin səbəbləri hələlik müəyyən edilməyib.

26 yaşlı futbolçu güllələndi - FOTO