"Huawei"-ə verilən 90 gün bitdi - NƏ BAŞ VERƏCƏK?
    • 19-11-2019, 11:33
    • 827

"Huawei"-ə verilən 90 gün bitdi - NƏ BAŞ VERƏCƏK?

Sanksiyalarla qarşılaşan "Huawei" şirkətinə verilən 90 günlük müddət bitib. 

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəhbərliyi, ABŞ şirkətlərinə Çin telekommunikasiya korporasiyası "Huawei"-ə ABŞ-ın milli təhlükəsizliyinə təsir etməyən məhsullar verməni təmin edən lisenziyanın müddətini daha 90 günə uzadıb.

Bu barədə ABŞ Ticarət Nazirliyinin ABŞ Federal Reyestrinin elektron məlumat bazasında (ABŞ hökumətinin rəsmi sənədlər toplusu) bazar ertəsi yaydığı açıqlamada bildirilib. sənəddə "ABŞ hökuməti Huawei Technologies Co., Ltd. şirkətinin müvəqqəti ümumi lisenziyasını 16 fevral 2020-ci ilə qədər uzatmaq qərarına gəlib" qeyd edilib.

Bu, bəzi ABŞ şirkətlərinin qadağalarla qarşılaşmamasına imkan verəcək.