28 il sonra keçmiş həyat yoldaşın üzr istədi
Dünya
Məşhur aktyor Mikki Rurk boşandıqdan təxminən 30 il sonra keçmiş həyat yoldaşı, model Karre Otisdən ictimai şəkildə üzr istəyib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor şəxsi bloqunda bununla bağlı paylaşım edib.
“Səhv onda deyildi. Mən uzun illər axmaq olmuşam, bu, heç də onun günahı deyil. Kor-koranə dəhşətli bir səhv etdim, buna görə çox peşmanam, bütün günah mənimdir”, — deyə o yazıb.
Qeyd edək ki, cütlük evlilik boyu çoxsaylı problemlər yaşayıb. 1994-cü ildə Rurk məişət zorakılığı ittihamı ilə həbs edilib.
Digər faciəli hadisə isə aktyorun silahının Otisin çantasının içində təsadüfən açılması olub. Güllə onun sinəsinə dəyib və ürəyindən təxminən 5 santimetr məsafədə dayanıb. Otis bu hadisə barədə öz xatirələr kitabında ətraflı yazıb.
Rurk və Otis 1992–1998-ci illərdə evli olublar. Onlar 1989-cu ildə “Vəhşi Orxideya” filminin çəkilişləri zamanı tanış olublar. Filmdə Otis Rurkun canlandırdığı milyonçu Ceyms Uilerin gənc sevgilisi rolunu oynayıb.
Hazırda modelin 57 yaşı var. O, 2005-ci ildən Metyu Sutton ilə evlidir. Cütlük qızları Kaya və Ceyd ilə birlikdə Kaliforniyanın Sonoma dairəsində yaşayır.