Bolqarıstan səfirliyi yaxınlığında PARTLAYIŞ
    • 17-12-2019, 10:04
    • 619

Bolqarıstan səfirliyi yaxınlığında PARTLAYIŞ

Bolqarıstan səfirliyinin binası yaxınlığında partlayış baş verib.

News24.az "BGNES"-ə istinadən xəbər verir ki, hadisə Monteneqronun Podqoritsa şəhərində  yaşanıb. Partlayıcılar gecə klubunun yaxınlığında bulvara atılıb. Güclü partlayış Podqoritsanın bu hissəsində olan vətəndaşlar arasında böyük çaxnaşmaya səbəb olub.

Araşdırma zamanı bulvarda nəqliyyatın hərəkəti dayandırılıb. Polis Bolqarıstan diplomatlarının iştirakı ilə aparılan araşdırmadan sonra konsulun ofisinin zədələndiyi, xüsusən də otaqdakı pəncərələr və qapıların sındığı məlum olub. Bolqarıstan Xarici İşlər Nazirliyi zərərin minimum olduğunu təsdiqləyib.