Medvedev Təhlükəsizlik Şurası sədrinin müavini təyin ediləcək
    • 15-01-2020, 18:03
    • 761

Medvedev Təhlükəsizlik Şurası sədrinin müavini təyin ediləcək

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini Baş nazir Dmitri Medvedevə təklif edib.

News24.az "RİA"-ya istinadən xəbər verir ki, V.Putin Nazirlər Kabineti ilə görüşdə bildirib ki, D.Medvedev bu məsələlərlə hər zaman məşğul olub:"Dmitri Anatolyeviç hər zaman bu məsələlərlə məşğul olub və müdafiə qabiliyyətimizi, təhlükəsizliyimizi artırmaq baxımından mən bunu mümkün sayıram və ondan xahiş etdim ki, gələcəkdə bu kateqoriyalı məsələlərlə məşğul olsun".

Putinin sözlərinə görə, o, Medvedev üçün Təhlükəsizlik Şurasında yeni vəzifənin icrasına qanunvericilik dəstəyi ilə deputatlardan kömək istəməyə hazırdır.