32 terrorçu məhv edildi

32 terrorçu məhv edildi Dünya

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində 32 terrorçu zərərsizləşdirilib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, İraqın şimalında Haftanin, Gara, Hakurk və Pəncə-Kilit əməliyyatı bölgəsinə havadan zərbələr endirilib.

"Terror təşkilatlarının baş qaldırmasına imkan verməyəcəyik və onların bölgəsində bir nəfər də olsun terrorçu qalmayana qədər qətiyyətlə mübarizəmizi davam etdirəcəyik", - məlumatda vurğulanıb.