Azərbaycandan İrana gedən iki çinli qadında koronavirus aşkarlanmayıb - YENİLƏNDİ
    • 31-01-2020, 15:38
    • 1 542

Azərbaycandan İrana gedən iki çinli qadında koronavirus aşkarlanmayıb - YENİLƏNDİ

Azərbaycandan İrana gedən və koronavirus şübhəsinə görə nəzarətə götürülən iki çinli qadında virus aşkarlanmayıb.
 
“Bloomberg”ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.  
Onun sözlərinə görə, həmin qadınlarda virus aşkar edilməyib və onlar sərbəst buraxılıblar. 
 
*** 11:20
 
İran koronavirusa yoluxmada şübhəli bilinən 2 Çin vətəndaşını karantinə götürüb.
 
36 və 37 yaşlarında olan qadınlar Azərbaycandan İrana daxil olublar və Təbrizdə karantinə alınıblar.
Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 9390 nəfərə çatıb, onlardan 213-ü ölüb./Report/