Yerevanda məktəblilər kütləvi şəkildə donuz qripinə yoluxub
    • 8-02-2020, 01:00
    • 1 538

Yerevanda məktəblilər kütləvi şəkildə donuz qripinə yoluxub

Yerevan şəhərinin Aleksandr Puşkin adına 8 saylı məktəbində 10 şagird “donuz qripinə” yoluxub (A H1N1). 


News24.az News.am agentliyinə istinadən məlumat verir ki, 8 saylı məktəbin direktoru Natalya Stepanyan bildirib ki,  donuz qripinə tutlan şagirdlərin sayı 10 nəfərdən çoxdur, sadəcə olaraq valideynlər həkimdən uşaqlarının bu virusa yoluxduğunu təsdiq edən arayışı hələ məktəbə təqdim etməyiblər. 


Direktor söyləyib ki, “donuz qripinə” yoluxanlar arasında 3, 7 və 9-cu sinif şagirdləri üstünlük təşkil edir.