Çindən Türkiyəyə təxliyə olunmuş vətəndaşlar BAKIYA ÇATDIRILDI
    • 15-02-2020, 16:37
    • 984

Çindən Türkiyəyə təxliyə olunmuş vətəndaşlar BAKIYA ÇATDIRILDI

Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı vətənə qayıdıblar.

Vətəndaşlarımız iki həftə ərzində karantin keçirdikləri Türkiyədən Ankara – Bakı təyyarəsilə gəliblər.

Qeyd edək ki, ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı əksəriyyəti tələbələr olan altı nəfər Azərbaycan vətəndaşı da təxliyə olunmuşdu.