Koronavirusla mübarizəyə 12 milyard dollar ayrılacaq
    • 4-03-2020, 10:06
    • 665

Koronavirusla mübarizəyə 12 milyard dollar ayrılacaq

Dünya Bankı koronavirusla mübarizəyə 12 milyard dollar ayıracaq.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus yardım paketinə daxil olan12 milyard dolların 8 milyardı sürətli şəkildə ayrılacaqdır. 

Qeyd olunur ki, Dünya Bankı inkişaf etməkdə olan ölkələrə insanları epidemiyadan qorumaq üçün tibbi xidmətlərə çıxışın yaxşılaşdırılması daxil olmaqla, səhiyyə sisteminin, xəstəliklərə nəzarətin, ictimai səhiyyə müdaxilələrinin gücləndirilməsinə və iqtisadiyyata təsiri azaltmaq üçün özəl sektorla əməkdaşlığa kömək edəcək.

Yardım Dünya Bankı təşkilatları - Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası vasitəsi ilə veriləcək.