Yunanıstanda komendant saatı elan edildi
    • 23-03-2020, 09:42
    • 885

Yunanıstanda komendant saatı elan edildi

Bu gündən etibarən Yunanıstanda küçəyə çıxmaq qadağan edilib.

News24.az xəbər verir ki, Yunanıstanın Baş naziri Mikotakis koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu gün səhər komendant saatı tətbiq olunacağını açıqlayıb:

"Ölkədəki vəziyyətin İtaliyaya bənzəməsinə imkan verə bilmərik. Koronavirusa qarşı ən yaxşı mübarizə üsulu evdə qalmaqdır".
Qeyd edək ki, bu günə qədər Yunanıstanda 624 nəfər epidemiyaya yoluxub, 15 nəfər həyatını itirib.