Çin Rusiyaya 25 milyondan çox qoruyucu maska göndərdi
    • 23-03-2020, 10:00
    • 1 172

Çin Rusiyaya 25 milyondan çox qoruyucu maska göndərdi

Rusiyaya məxsus AN-124 təyyarəsi Çindən 25.5 milyon ədəd fərdi qoruyucu maska çatdırıb.

News24.az  “Ria-Novosti”ə istinadən xəbər verir ki, maskaların regionlarda yaşlı insanlara ərzaq çatdıran könüllülərə, DİN və FTX kimi bir sıra federal orqanlara çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl Sənaye Ticarəti Nazirliyi tərəfindən  regionlara tibbi maska çatdırmağa başladığı bildirilmişdi. Eyni zamanda, yerli toxuculuq müəssisələri maskaların kütləvi istehsalına başlayıb.

Afaq Mirayiq