Banqladeşdə ölkənin ilk prezidentinin qatili EDAM EDİLDİ
    • 12-04-2020, 13:32
    • 807

Banqladeşdə ölkənin ilk prezidentinin qatili EDAM EDİLDİ

Banqladeş hakimiyyəti ölkənin ilk prezidenti, Şeyx Mujibur Rəhmanın qatillərindən biri, keçmiş Banqladeş ordusunun zabiti Əbdül Məced Dəkkənın mərkəzi həbsxanasında edam edib. 

News24.az "The Week"-ə istinadən xəbər verir ki, Ə.Meced gecə 00:01-də asılaraq edam edilib. Ölüm hökmü prezident Əbdül Həmidin əfv müraciətini rədd etməsindən dörd gün sonra həyata keçirilib. Elə həmin gün Dəkkə Məhkəməsi 7 apreldə həbs olunan Məcedə hökm oxunub. 

Qeyd edək ki, prezident Rəhman 15 avqust 1975-ci ildə Dəkkədəki iqamətgahında həyat yoldaşı, üç oğlu və ailənin yaxın qohumları ilə birlikdə öldürülüb. Onun yalnız xaricdə olan iki qızı sağ qalıb.