Futbolçu koronavirusa YOLUXDU
    • 8-05-2020, 22:22
    • 1 109

Futbolçu koronavirusa YOLUXDU

İspaniyada koronavirus infeksiyasına yoluxan futbolçulardan birinin adına aydınlıq gəlib.

News24.az xəbər verir ki, bu, "Atletiko"nun müdafiəçisi Renan Lodidir.

22 yaşlı braziliyalının testi müsbət nəticə verib. Bu üzdən cinah oyunçusu Madriddəki evində karantinə alınıb və həkim nəzarətinə götürülüb. Lodinin özünü yaxşı hiss etdiyi açıqlanıb. O, cari mövsüm "Atletiko"nun heyətində 33 matçda meydana çıxıb.

Qeyd edək ki, bu gün La Liqada 3, Sequndada isə 2 futbolçunun koronavirusa yoluxduğu açıqlanıb.