Pişikdə koronavirus AŞKARLANDI
    • 27-05-2020, 01:12
    • 699

Pişikdə koronavirus AŞKARLANDI


Rusiyada pişikdə COVID-19 virusu aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbərinin müavini Nikolay Vlasov məlumat verib.

O, Moskvanın veterinar klinikasında tədqiqatçıların beş yaşlı pişikdə yeni növ koronavirus aşkarladıqlarını söyləyib: "Pişikdən COVID-19 testi üçün analiz götürülüb. Test müsbət nəticə göstərib".