5 yaşlı uşaq bıçaq atma - REKORDU QIRDI
Dünya
Rusiyada Samara vilayətində beş yaşlı atlet Lyubava Yakovleva bıçaq atma üzrə rekorda imza atıb.
News24.az xəbər verir ki, bu barədə vilayət qubernatorunun mətbuat xidməti məlumat yayıb.
"Qız 5 dəqiqə ərzində iki metr məsafədən hədəfə 88 bıçaq göndərib", - mətbuat xidməti bildirib.
Məktəbəqədər uşağın rekordu rayon mərkəzində baş tutan Bədən tərbiyəsi günündə qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ildə həmin vaxt üç yaşı olan qız eyni vaxtda 37 bıçaqla hədəfi vurub.
Məryəm İlhamqızı