Ərdoğan İlon Maskla - GÖRÜŞƏCƏK
Dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri çərçivəsində SpaceX-in qurucusu iş adamı İlon Maskla da görüşəcək.
News24.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Sentyabrın 20-də Türkiyə-ABŞ İş Şurasının təşkil edəcəyi konfransda Ərdoğan da bu ölkədə “dəyirmi masa”da investorlarla görüşəcək.
CitiGroup- dan Coca-Cola-ya, Amazondan Boeing- ə qədər bir çox transmilli şirkətin rəhbərləri və ya müdirləri masa arxasında olacaqlar.
Günəş Mərd