Ərdoğan BMT-də Stoltenberqlə nəyi - müzakirə edəcək?

Ərdoğan BMT-də Stoltenberqlə nəyi - müzakirə edəcək? Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə taxıl müqaviləsini və Ukraynadakı vəziyyəti müzakirə edəcək. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə Prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Cənab Prezident Nyu Yorkdakı Türk Evində NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edəcək. Hazırkı gündəm müzakirə olunacaq, bu, Ukraynadakı vəziyyət, Qara dəniz taxıl təşəbbüsü və təbii ki, Türkiyə ilə NATO arasında əməkdaşlıqdır”, - Ərdoğanın ofisindən bildiriblər.

Akqabay