İran prezidenti ABŞ-a - MƏSLƏHƏT VERDİ
Dünya
İran prezidenti İbrahim Rəisi bildirib ki, ABŞ Tehrana qarşı sanksiyaların və digər təhdidlərin səmərəsizliyini dərk edir . O, həmçinin Amerika hökumətinə üçüncü ölkələrə qarşı məhdudiyyətlər siyasətini dayandırmağı tövsiyə edib.
News24.az xəbər verir ki, Rəisinin sözlərini "ISNA" agentliyi sitat gətirir.
“ Birləşmiş Ştatlar İran xalqına qarşı sanksiyalar və ya təhdid şəklində güc dilindən istifadənin dialoqda təsirli bir vasitə olmadığını indiyə qədər başa düşməlidir... Amerika hökumətinə tövsiyəmiz budur: digər dövlətlərə qarşı sanksiyalar tətbiq etməyi dayandırın”, - Rəisi bildirib.
O qeyd edib ki, Co Bayden ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra keçmiş prezident Donald Trampın Tehrana qarşı siyasətini qəbul etmədiyini desə də, praktikada heç nə dəyişməyib. İran prezidenti deyib ki, İran praktikada siyasi vektorun dəyişməsinin nümayişini gözləyir.
Aydan