İran prezidenti ABŞ-ı - GÜNAHLANDIRDI

İran prezidenti ABŞ-ı - GÜNAHLANDIRDI Dünya

İran prezidenti İbrahim Rəisi Ukraynadakı münaqişəyə qarşı çıxış edib və Moskva ilə Kiyev arasında danışıqlarda Tehranın vasitəçi olmasını təklif edib.

News24.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

“Biz dəfələrlə bəyan etmişik ki, Rusiya Federasiyası ilə Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün vasitəçi kimi çıxış etməyə hazırıq ”, - deyə siyasətçi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (UNGA) həftəsi çərçivəsində keçirilən iclasda bildirib.

İran lideri qeyd edib ki, ABŞ Kiyevə böyük həcmdə hərbi yardım göstərməklə sabitliyi pozan rol oynayır. “Niyə hərbi texnikanın tədarükünə və bu təchizat və satışlardan dollar qazanmağa tələsmək lazımdır, nəinki hərbi əməliyyatları dayandırmaq və sülhü təşviq etmək üçün arenaya girmək əvəzinə?” - dedi.

Aydan