Ağ Evdə gizli görüş – Tramp brifinqdə iştirak edəcək
Dünya
ABŞ prezidenti Donald Tramp bu gün kəşfiyyat xidmətlərinin qapalı brifinqində iştirak edəcək.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ liderinin rəsmi iş qrafikində yer alıb.
Qrafikə əsasən, brifinq yerli vaxtla saat 15:30-da Ağ Evdə başlayacaq. Lakin görüşün mövzusu hələlik açıqlanmayıb.