Ağ Evdə sammitin açılışını süni intellekt etdi – VİDEO

Ağ Evdə sammitin açılışını süni intellekt etdi – VİDEO Dünya

Ağ Evdə bir ilk yaşanıb. Belə ki, beynəlxalq tədbir zamanı qonaqları insanabənzər (humanoid) robot qarşılayıb.

News24.az xəbər verir ki, robot ABŞ-nin birinci xanımı Melaniya Trampa dəvətə görə təşəkkür edib. Daha sonra isə qonaqları salamlayıb.

"Birinci xanım Melaniya Trampa məni "Gələcəyə birlikdə töhfə verək" beynəlxalq koalisiyasının ilk iclasına dəvət etdiyi üçün təşəkkür edirəm. Mənim üçün burada iştirak etmək böyük fəxrdir. Mən – Figure 03, humanoidəm, ABŞ-da istehsal olunmuşam. Mən uşaqlara texnologiya və təhsil sahəsində imkanlar verən tarixi hərəkatın bir üzvü olduğum üçün sizə minnətdaram", – robot bildirib.