Aİ-yə yeni ölkə qoşulur – Bu, Ukrayna deyil
Dünya
Avropa İttifaqına yeni bir ölkənin qoşula biləcəyi ilə bağlı müzakirələr başlayıb. Maraqlısı isə odur ki, söhbət Ukraynadan getmir.
News24.az xəbər verir ki, İslandiya geosiyasi narahatlıqlar fonunda Avropa İttifaqına üzvlük prosesini sürətləndirə bilər.
Bildirilir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın kəskin bəyanatları, o cümlədən Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlər olub. Trampın Davosdakı çıxışında İslandiyanın adını çəkməsi kiçik ada ölkəsində narahatlıq yaradıb.
Məlumata əsasən, İslandiya hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlanması üçün referendumun 2027-ci ildən bu ilin avqust ayına keçirilməsini müzakirə edir.
Əgər səs çoxluğu bu təşəbbüsü dəstəkləsə, İslandiya digər namizəd ölkələrlə müqayisədə daha sürətli irəliləyə bilər. Çünki ölkə artıq Şengen zonasının və Avropa İqtisadi Zonasının üzvüdür. (“Politico”)