ABŞ-də fövqəladə vəziyyət elan olundu

ABŞ-də fövqəladə vəziyyət elan olundu Dünya

ABŞ-nin Qərbi Virciniya ştatında güclü yağışların yaratdığı daşqınlar səbəbindən ştatın 55 dairəsində fövqəladə vəziyyət elan edilib.

News24.az xəbər verir ki, daşqınlar nəticəsində 100-dən çox insan xilas edilib, itkin düşənlərin axtarışları davam etdirilir.

Daşqın suları evləri və müəssisələri su altında qoyub, körpülərə ziyan vurub və bir sıra avtomobil yolları bağlanıb. Hadisə bölgələrinə Milli Qvardiyanın 500 əməkdaşı cəlb edilib.