“Mossad” rəhbərindən ABŞ-yə İranla bağlı təklif

“Mossad” rəhbərindən ABŞ-yə İranla bağlı təklif Dünya

İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Hofman ABŞ-ni İrana qarşı hava zərbələrini bərpa etməyə çağırıb.

News24.az xəbər verir ki, Hofman Vaşinqtonda Donald Tramp administrasiyasının nümayəndələri, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüşüb.

Görüş zamanı o, Tehranının nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarını təqdim edib və İrana qarşı bir neçə gün davam edəcək yeni hərbi əməliyyatın keçirilməsini təklif edib.

Məlumata görə, ABŞ prezidenti hələlik İrana qarşı növbəti addımlarla bağlı müxtəlif variantları nəzərdən keçirir.

Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı yeni hərbi əməliyyatın qaçılmaz olduğunu bildirmişdi.