Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi Dünya

Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 6 nəfərin həlak olması ilə əlaqədar noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.

News24.az xəbər verir ki, müvafiq qərar Gürcüstan hökuməti tərəfindən qəbul edilib.

Qərara əsasən, həmin gün ölkə ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək.

Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Dağıntılar altında qalan yeddi nəfərdən yalnız biri – 3 yaşlı uşaq xilas edilib.

Həlak olanlar arasında üç qadın, bir kişi və iki uşaq var.