ABŞ-də UNO müəmması: Trampın açıqlamasından cəmir bir gün sonra…

ABŞ-də UNO müəmması: Trampın açıqlamasından cəmir bir gün sonra… Dünya

ABŞ-də uçan naməlum obyektlərlə (UNO) bağlı ən böyük sənəd arxivi müəmmalı şəkildə yoxa çıxıb.

News24.az xəbər verir ki, hadisə ABŞ Prezidenti Donald Trampın uçan naməlum obyektlərlə bağlı sənədlərin açıqlanması barədə göstəriş verməsindən cəmi bir gün sonra baş verib.

Məlumata görə, “The Black Vault” layihəsinin serverindən 3,8 milyondan çox fayl silinib. Bu sənədlər təxminən 30 il ərzində toplanmışdı.

Saytın rəhbəri Con Qrinivald baş verənləri təxribat kimi istisna etməsə də, hadisədə qəsdin olub-olmadığına əmin olmadığını bildirib.

Qeyd olunur ki, arxivin bərpasına artıq başlanılıb. Çünki sayt sahibində sənədlərin ehtiyat nüsxələri qorunub saxlanılıb. (“Daily Mail”)