ABŞ Kuba sahillərində kəşfiyyat uçuşlarını artırıb
Dünya
Amerika hərbçiləri Kuba sahillərində kəşfiyyat uçuşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.
News24.az xəbər verir ki, bu barədə CNN teleşirkəti mənbələrə istinadən məlumat verib.
Telekanalın məlumatına görə, 4 fevraldan bəri ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Donanması ada sahillərində azı 25 uçuş həyata keçirib. Missiyaların əksəriyyəti Havana və Santyaqo-de-Kuba yaxınlığında baş tutub.
Qeyd olunur ki, ABŞ hərbçiləri bu missiyalar üçün əsasən "P-8A Poseidon" dəniz müşahidə təyyarələrindən istifadə edib.
Bundan əlavə, əməliyyatlarda "RC-135V Rivet Joint" kəşfiyyat təyyarələri və "MQ-4C Triton" pilotsuz uçuş aparatları (PUA) da iştirak edib.