ABŞ əlavə ittihamlar irəli sürəcək – Trampdan açıqlama

ABŞ əlavə ittihamlar irəli sürəcək – Trampdan açıqlama Dünya

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin devrilmiş Venesuela lideri Nikolas Maduroya qarşı əlavə cinayət ittihamları irəli sürəcəyini bildirib.

News24.az xəbər verir ki, Tramp açıqlamasında əlavə ittihamların mahiyyətini hələ açıqlamayıb, lakin bunun yaxın zamanda həyata keçiriləcəyini vurğulayıb.

Xatırladaq ki, yanvar ayında Venesuelada keçirilən əməliyyat zamanı ABŞ qüvvələri tərəfindən ələ keçirilən Nikolas Maduro hazırda Nyu-Yorkda narkoterrorizm və narkotiklərlə bağlı ittihamlarla üz-üzədir.

Hazırda ABŞ məhkəməsində davam edən işdə prokurorlar onu ağır narkotik cinayətləri və terrorizmlə ittiham edirlər. Nikolas Maduro isə ittihamları rədd edir və özünü Venesuelanın qanuni lideri kimi təqdim edir. (Reuters)

Nilufər