Məşhur müğənni küçədə qızı döydü, həbs edildi
Dünya
Yaponiyada məşhur “Timelesz” qrupunun üzvü küçədə qızı döyüb.
News24.az xəbər verir ki, 25 yaşlı Şuto İnomata sentyabrın 18-də həbs edilib.
İstintaqın məlumatına görə, müğənni gecə saatlarında 26 yaşlı tanışı ilə avtomobildə olub. Daha sonra onların arasında mübahisə yaranıb və İnomatan qadının üzünə bir neçə zərbə endirib.
Müğənni polis idarəsində mübahisənin baş verdiyini təsdiqləyib. O, münaqişə zamanı “əlinin onun üzünə dəymiş ola biləcəyini” deyib.
Hadisədən sonra “Timelesz” qrupunun menecerləri İnomatanın qrupdakı fəaliyyətinin dayandırıldığını açıqlayıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.