ABŞ NATO-nu tərk edir? – Trampdan “kağız pələng” ittihamı

ABŞ NATO-nu tərk edir? – Trampdan “kağız pələng” ittihamı Dünya

ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansının (NATO) gələcəyi ilə bağlı dünya gündəmini sarsıdan kəskin bəyanatla çıxış edib.

News24.az xəbər verir ki, ağ ev rəhbəri ABŞ-nin NATO-dan çıxması məsələsinin artıq sadəcə bir fikir olmadığını və rəsmi şəkildə nəzərdən keçirildiyini bildirib. Donald Tramp hərbi ittifaqı kəskin tənqid edərək, qurumu “kağız pələng” adlandırıb və bu strukturun onu heç vaxt təsirləndirmədiyini vurğulayıb.

Prezidentin bu açıqlamaları NATO-ya üzv bəzi ölkələrin mühüm hərbi məsələlərdə Vaşinqtonun mövqeyini dəstəkləməməsindən sonra səsləndirilib. Tramp qeyd edib ki, ABŞ-nin ittifaqdakı iştirakına yenidən baxılması artıq qaçılmazdır.

Bu bəyanat beynəlxalq siyasi və hərbi dairələrdə ciddi narahatlıq və geniş müzakirələrə səbəb olub.