ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik – Əraqçi

ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik – Əraqçi Dünya

İran ABŞ-nin münaqişənin sona çatdırılması üçün təklif etdiyi 15 bəndlik planına cavab verməyib.

News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"yə müsahibəsində deyib.

"Biz Amerikanın 15 bəndlik təklifinə heç bir cavab göndərməmişik, nə də hər hansı təklif və ya şərt irəli sürmüşük", - o bildirib.

Əraqçi qeyd edib ki, İran atəşkəsi qəbul etməyəcək:

"Yalnız müharibənin sonunu, yəni İran fasiləni deyil, yalnız bütün regionda hərbi əməliyyatların dayandırılmasını qəbul edəcəyik". (Report)