ABŞ-nin İranla bağlı 15 maddəlik planı ortaya çıxdı
Dünya
İran münaqişənin nizamlanmasına dair ABŞ tərəfindən hazırlanmış 15 bəndlik planı əldə edib.
News24.az xəbər verir ki, plan İrana Pakistan vasitəsilə çatdırılıb.
Məlumata görə, Pakistan rəsmiləri təklifin əsas məzmununu ümumi şəkildə təsvir ediblər.
15 bəndlik plana sanksiyaların yumşaldılması, mülki nüvə energetikası sahəsində əməkdaşlıq, İranın nüvə proqramının məhdudlaşdırılması, Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən monitorinq, raket silahlarına məhdudiyyətlər və Fars körfəzinə giriş olan Hörmüz boğazından gəmiçilik üçün çıxışın təmin edilməsi daxildir.
Qeyd edək ki, İran qətiyyətlə ABŞ ilə danışıqlar aparmadığını bildirir.