ABŞ-nin İranla bağlı 8 "qırmızı xətti" - Yeni sazişdə nələr var?

ABŞ-nin İranla bağlı 8 "qırmızı xətti" - Yeni sazişdə nələr var? Dünya

ABŞ İrana yeni nüvə sazişi çərçivəsini təqdim edib

News24.az xəbər verir ki, Tehran bu təklifi qəbul edəcəyi təqdirdə, 30 gün müddətində detallı danışıqlara start veriləcək. Sözügedən saziş layihəsində Vaşinqtonun əsas “qırmızı xətləri” kimi İranın nüvə silahı əldə etmək niyyətində olmadığını rəsmi təsdiqləməsi, Fordo, Natanz və İsfahan obyektlərinin tam ləğvi, həmçinin yeraltı nüvə fəaliyyətinə qəti qadağa qoyulması tələb olunur.

Sənəddə həmçinin beynəlxalq müşahidəçilərə istənilən vaxt yoxlama aparmaq icazəsinin verilməsi və qayda pozuntularına görə sərt cəzaların tətbiqi nəzərdə tutulur. Əvvəlki "daimi qadağa" tələbindən fərqli olaraq, bu dəfə uran zənginləşdirilməsinə 20 illik moratoriumun qoyulması və bütün zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi şərtdir. Bunun müqabilində ABŞ blokadasının yumşaldılması ilə paralel olaraq Hörmüz boğazının yenidən açılması, sanksiyaların isə əvvəlcədən deyil, konkret nəticələrə əsasən mərhələli şəkildə ləğvi təklif edilir. / The Wall Street Journal/