ABŞ onlara 3 min dollar verəcək
Dünya
Tramp administrasiyası könüllü geri qayıdış proqramını genişləndirir.
News24.az xəbər verir ki, 5 yaşından etibarən miqrant uşaqlara ABŞ-ı tərk etməyə razılıq vermələri müqabilində 3 min dollar təklif olunur.
Bu təklif daha əvvəl 14 yaşından yuxarı, himayəçisi olmayan yeniyetmələrə 2500 dollar ödənilməsini nəzərdə tutan təşəbbüsü əvəz edib.
"Bloomberg" agentliyinin məlumatına görə, hüquqşünaslar həyəcan təbili çalırlar. Onların fikrincə, yetkinlik yaşına çatmayan uşaqlar hüquqi yardım almadan tələsik qərarlar verməyə sövq edilirlər. Nəticədə onlar sığınacaq almaq imkanını həmişəlik itirmək riski ilə üzləşirlər.