ABŞ İrana nüvə zərbəsi endirəcək? - BMT-də ciddi müzakirə
Dünya
BMT nümayəndəsi Məhəmməd Safa İrana qarşı nüvə zərbəsi endirməyə hazırlaşması ilə bağlı bəyanat verərək martın 30-da BMT-dəki vəzifələrindən istefa verib.
News24.az xəbər verir ki, M.Safa 10 milyon insanın nüvə silahı ilə məhv ediləcəyini bildirib.
“İnsanlar vəziyyətin ciddiliyini anlamırlar. İşləri və arzuları olan 10 milyon adi insanın nüvə silahı ilə məhv edilməsi planlaşdırılır!”, - deyə o qeyd edib.
Keçmiş BMT diplomatının istefa verməsinə səbəb təşkilatın daxilində nüvə silahının Tehrana qarşı tətbiqinə hazırlıq müzakirələrinn aparıldığını açıqlamaq olub. Onun sözlərinə görə, bu məsələ sanki qaçılmaz bir hadisə kimi müzakirə edilib.
O, “nüvə qışı”nın nəticələrinə diqqət yetirməyə və hətta bir nüvə başlığının partlaması halında dünyanın hansı nəticələrlə üzləşəcəyini araşdırmağa çağırıb.
Məhəmməd Safanın istefası həm də BMT-yə ünvanlanmış bir xəbərdarlıq kimi qiymətləndirilir. /The Times İndia